Futbolda 5 əvəzetmə qaydasının müddəti artırılır

Koronavirus pandemiyasına görə futbolda bu mövsüm üçün icazə verilən 5 əvəzetmə qaydasının tətbiq olunma müddəti artırılacaq.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Xəbərdə, 5 əvəzetmənin növbəti mövsümdə də tətbiq olunacağı bildirilir.

Futbolda oyun qaydalarını müəyyən edən Beynəlxalq Futbol Birliyi Assosiasiyası (İFAB) yaxın zamanda bu qərarı rəsmən açıqlayacaq. Hər liqa özü qərar verməkdə müstəqil olacaq.

Oyun ərzində 5 əvəzetmə 3 dəfəyə həyata keçirilməlidir.