Konfrans Liqası: “Zirə” “Makkabi”yə ilk oyunda məğlub oldu

“Zirə” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, “qartallar”ın avrokubok sınağı İsrailin tanınmış klublarından “Makkabi”yə (Təl-Əviv) qarşı olub. Tarixində ikinci dəfə avrokuboklarda iştirak edən “Zirə” Bakıdakı matçda maksimum yaxşı nəticə əldə etməyi hədəfləmişdi.

“Makkabi” ilə oyun “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun da avrokuboklarda ilk sınağı idi. Sadıqov bu oyunadək baş məşqçi kimi avrokuboklarda iştirak etməmişdi.

Lakin bu oyun Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. Zirəlilər elə ilk matçda 3 cavabsız qola üzülməklə mərhələ adlamaq şanslarını heçə endiriblər.

“Zirə” ilə “Makkabi” arasında cavab qarşılaşması iyulun 28-də İsraildə olacaq.

UEFA Konfrans Liqası, 2-ci təsnifat mərhələsi
İlk oyun

21 iyul

Zirə – Makkabi (Təl-Əviv, İsrail) 0:3
Qol: Q.Kanixovski, 18. C.Yovanoviç, 22; 54.
Hakimlər: Rob Hennessi, Emmett Dynan, Dermot Broughto, Oliver Moran (hamısı İrlandiya)
Bakı, “Dalğa Arena”

Zirə: 1. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 21. Hacıağa Hacılı, 26. Nemanya Andelkoviç, 32. Qismət Alıyev (k), 44. Dmitrios Çantakias, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 41. Anar Nəzirov, 4. Cəlal Hüseynov, 7. Filipe Paxtmann, 9. Loris Broqno, 13. Ramin Əhmədov, 18. Slavik Alxasov, 47. Məhəmməd Hamdaui, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsahib Abbasov.
Baş məşqçi: Rəşad Sadıqov.
Makkabi: 1. Daniel Perets, 4. Ernik Saborit, 14. Yoris van Overem, 16. Qavriel Kanixovski, 17. Brendli Kuvas, 18. Quyaqon Parfait, 21. Şeran Yeini (k), 23. Eyal Qolasa, 27. Ofir Davidzada, 28. Andre Geraldes, 99. Corce Yovanoviç.
Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 33. Or Yitzhak, 9. Stipe Periça, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 24. Nadav Aviv Niddam, 30. Maor Kandil, 32. Dor Turgeman, 35. Roy Revivo, 37. Oskar Qlouk, 77. Matan Hozez.
Baş məşqçi: Vladimir İviç.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button