Fransalı futbolçu “Atletiko”nun təklifini rədd edib

“Atletiko” yarımmüdafiəçi Manu Kone üçün “Roma”ya təklif göndərib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu fransalı futbolçu üçün 45 milyon avro təklif etsə də, o, bunu qəbul etməyib. Bildirilir ki, Kone qərarını dəyişərsə, tərəflər arasında danışıqlar yenidən başlayacaq.

Yarımmüdafiəçinin əsas hədəfi İngiltərə Premyer Liqasına keçməkdir. O, daha əvvəl “Arsenal”a keçidə razılıq versə də, London klubu ilə “Roma” arasında aparılan danışıqlarda irəliləyiş əldə olunmayıb. Həmçinin, “Çelsi” və “Tottenhem” də futbolçunun durumunu yaxından izləyir.

Kone 2025/26 mövsümündə bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button