“Komandanın toparlanması məni sevindirir” – Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:

“Bu gün hər cür nəticə ola bilərdi. “Sabah” yaxşı komandadır. Hansı rəqibə qarşı oynayacağımızı bilirdik. Onların keyfiyyətli oyunçuları var. Təşkilatlanmış kollektivdir, bəlli oyun stilinə sahibdirlər. Bizim üçün çətin idi, ilk yarıda hücum qurmağa tələsirdik. Fasilədən sonra dinamik futbol oldu, qarşılıqlı hücumlar şəraitində keçən oyun idi. Azarkeşlər üçün də maraqlı matç alındı. Qapılar qarşısında yetərincə qol epizodları yarandı. Bu gün “Səbail” kompakt, komanda şəkildə xarakteri özünü göstərdi. Futbolçular meydanın hər qarışı uğrunda canlarını, başlarını qoymağa hazır idilər. Komandanın toparlanması məni sevindirir. Müdafiədə səhvlər etmədik. Hücumda potensialımız böyükdür. Sadəcə, müdafiədə kobud səhvlər olurdu. Ötən oyunda iki müdafiəçimizin hədiyyəsindən sonra 2:2 olmuşdu. Bu gün həmin hədiyyələr olmadı. Komanda düzgün yoldadır. Artıq stabil heyətə yaxınıq. Stabil heyət olacaqsa, stabil oyun və stabil nəticə olacaq. “Sabah”a gələcək oyunlarda uğurlar arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button