
“Komandamızda heç kim heç nədən şikayət etmir”
“Kremoneze”nin hücumçusu Ceymi Vardi A Seriyasının 13-cü turunda “Bolonya”ya qarşı oyunda (3:1) vurduğu iki qol haqqında danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli hücumçu yeni klubundan məmnun olduğunu bildirib:
“Komandamızdakı hər kəs çox çalışmağa həvəslidir və heç kim heç nədən şikayət etmir. Hamımız mövsümün əvvəlindən qarşımıza qoyduğumuz məqsədə doğru çalışırıq”.
“Kremoneze” hazırda A Seriyasında turnir cədvəlində 11-ci yerdədir. Komanda növbəti turda, dekabrın 7-də evdə “Leççe” ilə oynayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



