Lempard məyusdur

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Arsenal”la 2:2 hesablı bərabərliyə razılaşan “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis, oyundan və nəticədən məyus olduğunu bildirib:

“Bu oyunda qələbə qazanmaq istəyirdik, ona görə də, bu nəticəyə təəssüflənirik. Futbolçular işlərini yaxşı görmədilər. Onlar fərdi tapşırıqların öhdəsindən gələ bilmirlərsə, bu nəticə gözlənilən olur. Oyunda 3-4 qol vura bilərdik, qol epizodlarımız oldu, onlardan istifadə etməli idik. Komandamızda aqressiya çatışmır. Məyusam, kobud səhvlər xal itirməyimizə səbəb olur”.

Premyer Liqada keçirdiyi 24 turdan sonra 40 xal toplayan “Çelsi” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button