“Komandamın inkişafı məni sevindirir” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 26-cı turunun “Valensiya” ilə görüşündən sonra (3:0) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının oyunundan razı qaldığını deyib:

“Futbolçularımın oyunundan razı qaldım. Çünki çox yaxşı çıxış etdilər. İlk hissədə inadkarlıq görməsəm də, fasilədən sonra qollar vurduq. Komandamın inkişafı məni sevindirir”.

“Hindular” İspaniya çempionatındakı məğlubiyyətsizlik seriyasını 10 matça çatdırıb və hazırda turnir cədvəlində 51 xalla üçüncüdür. “Valensiya” isə 26 xalla 17-ci pillədə yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button