“Bu komanda bütün mümkün kubokları qazandı” – “Real”ın prezidenti

İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, “kral klubu”nun dəyərləri və perspektivləri ilə bağlı danışıb:

“Komanda işi, əzmkarlıq və təvazökarlıq kimi dəyərlər “Real”ın əlamətləridir. Son vaxtlar klubumuzun ən yaxşı dövrlərindən birinin şahidi olduq. Rəqabətin hər zamankından yüksək olduğu futbol dünyasında belə bir nailiyyəti qiymətləndirməmək mümkün deyil. İndi klub bizi yeni zirvələrə aparacaq dəyişmə mərhələsindədir. Böyük potensiala, əla futbolçulara və gənc istedadlara sahib olan yeni komandamız var və onlara arxayınıq. Bu komanda bütün mümkün kubokları qazandı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button