“Real”ın prezidenti yeni təşkilata rəhbərlik edəcək

Klublararası dünya çempionatının keçirilməsinə cavabdehlik daşıyan yeni qurum yaradılıb.

Komanda.az xəbər verir ki, təşkilatın prezidenti Florentino Peres seçilib. Bu barədə “Real” klubunun rəsmi saytı məlumat yayıb. 72 yaşlı funksioner yeni yaradılan quruma rəhbərlik edəcək.

FİFA-nın baş qərargahında görüşən “Real”, “Milan”, “Boka Xuniors”, “River Pleyt”, “Amerika”, “Oklenda”, “Quançjou Everqrand” və “Mazembe” klublarının nümayəndələri belə bir təşkilatın yaradılmasına qərar verib və “Real”ın prezidenti Florentino Peresi təşkilata rəhbər seçiblər.