Kloppdan Mbappenin atasına zəng

İngiltərənin “Liverpul” klubu PSJ-nin hücumçusu Kilian Mbappeni heyətinə qatmaq üçün hərəkətə keçir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubunun baş məşqçisi Yurgen Klopp Kilianın atası Vilfred Mbappeyə zəng edib. Alman mütəxəssisin fransalı hücumçunun mümkün transferi barədə atası ilə danışdığı və məsələnin müzakirə olunduğu bildirilir.

“Liverpul” Mbappeni adı “Real”la yanaşı çəkilən Sadio Manenin əvəzinə transfer etmək niyyətindədir.

PSJ-nin Mbappe üçün 200 milyon avro tələb etdiyi bildirilir. Mbappenin Paris klubu ilə müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button