Kivunun taleyi sual altındadır

“İnter”in baş məşqçisi Kristian Kivunun mövsümün sonunda komandadan ayrılma ehtimalı müzakirə olunur.

Rumıniyalı mütəxəssisin rəhbərlik etdiyi komanda hazırda A Seriyasında 30 turdan sonra turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Milan”ı 6 xal qabaqlayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan təmsilçisi çempionluğu əldən verəcəyi halda, Kivu və onun köməkçiləri ciddi təzyiqlə üzləşəcək, bu da, onların gələcəyini sual altına sala bilər.

45 yaşlı mütəxəssis ötən ilin yayında Səudiyyə Ərəbistanına yollanan Simone İnzaqinin əvəzinə “İnter”in baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button