“Kim olduğumuzu göstərməyin vaxtıdır” – “Olimpiakos”un baş məşqçisi

“Artıq kim olduğumuzu göstərməyin vaxtıdır”.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales Bakıda “Qarabağa”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan əvvəl məşqdə futbolçulara deyib.

59 yaşlı mütəxəssis artıq böyük nəticələr haqqında düşünməli olduqlarını bildirib.

Pirey təmsilçisinin müdafiəçisi Sokratis Papastatopulos OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının 7-ci tur oyunundan sonra komanda yoldaşlarını bir araya yığaraq onlarla söhbət edib. 34 yaşlı oyunçu ardıcıl yaxşı nəticələr qazanmaq istədiklərini söyləyib.

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də başlayacaq. “Köhlən atlar” 3-cü turda Afinadakı oyunda rəqibini üç cavabsız qolla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button