
“Keşlə” sabahdan başlayır
“Keşlə” klubu iyun ayının 20-dən etibarən təlim-məşq toplanışına başlayacaq.
Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, Bakıda start götürəcək toplanışda “Keşlə” 4 yoxlama matçı keçirməyi planlaşdırır. Bakı təmsilçisi ilk yoxlama matçını oyunun 29-da keçirəcək. Rəqib hələlik məlum deyil.
“Keşlə”nin ikinci yoxlama matçı iyul ayının 5-də olacaq. Komanda Sumqayıt şəhər stadionunda keçiriləcək yoxlama matçında “Sumqayıt”la qarşılaşacaq.
İyulun 13-də “Keşlə” Zirə İdman Kompleksinin stadionunda “Zirə” ilə qarşılaşacaq.
Dördüncü yoxlama matçı iyulun 24-də keçiriləcək. Rəqib isə hələlik məlum deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin