Kazemiroya vida sözləri – “Hamamda da bizi dincəlməyə qoymurdun”

“Real”ın yarımmüdafiəçisi Toni Kroos “Mançester Yunayted”ə keçən keçmiş komanda yoldaşı Kazemiro ilə vidalaşıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, alman futbolçu, Kazemiro üçün darıxacağını deyib:

“Əziz dostum, səninlə hər vəziyyətdə tərləməmək mümkün deyildi. Çünki hamamda da bizi dincəlməyə qoymurdun. Bu, sənin yeni komanda yoldaşlarına da xəbərdarlıqdır. Səninlə hətta hamam da idman zalı idi.

Nümunəvi bir futbolçu kimi sənin üçün darıxacam. Biz tarix yazdıq, lənətə gəlsin! Necə əfsanəvi dövr idi. İndi yollarımız ayrılır, amma dostluğumuz qalır. Səni buna əmin edə bilərəm”.

Kazemiro avqustun 20-də rəsmi olaraq “Mançester Yunayted”ə keçib. O, 2013-cü ildən “Real”ın uğurları üçün çalışırdı. Kazemiro Madrid təmsilçisinin heyətində 336 oyuna çıxıb, 31 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı oyunçu bu klubla 18 kubok qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button