Kazemiro millinin heyətində zədələndi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro Braziliya millisinin heyətində zədələnib. 
 
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Venesuela ilə oyunda (1:1) meydana start heyətində daxil olan 31 yaşlı futbolçu 79-cu dəqiqədə əvəzlənib. Baş məşqçi Fernando Diniz bildirib ki, Kazemironun topuğunda problemlər var. 

Kazemiro bu mövsüm Premyer Liqada 8 matçda iştirak edib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button