“Ronaldonun futbolda nə etdiyini hələ dərk etmirik” – Kazemiro

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro Kriştiano Ronaldonun ötən mövsüm vurduğu qollar haqqında danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu, Ronaldonun futbolda nə etdiyini hələ dərk etmədiyini bildirib:

“İndi biz həzz alırıq. Lionel Messi və Ronaldonu tam başa düşmürük. Kriştianonun futbolda nə etdiyini hələ dərk etmirik. O, 2023-cü ildə 50 qol vurub. Belə bir futbolçu haqqında nə deyə bilərsiz?!”

Ronaldo “Əl-Nəsr”in heyətində, Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. 39 yaşlı forvard cari mövsümdə 25 oyun keçirib. O, bu matçlarda 29 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button