Kassanonun sevimli məşqçiləri

İtaliyalı sabiq hücumçu Antonio Kassano sevimli məşqçilərinin adlarını açıqlayıb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Kassano Pep Qvardiolanı çox bəyəndiyini bildirib:

“Mənim üçün ən yaxşı komanda həmişə Lionel Messi – dünyanın ən güclü futbolçusu – və digər on oyunçusu olan komanda olacaq. Messi istisna olmaqla, ən gözəl və daim inkişaf edən futbol dahisi Pep Qvardiolanın futboludur. Bu il o, Con Stonzu müdafiəyə istiqamətli yarımmüdafiəçi kimi kəşf etdi. Joze Mourinyo və Massimiliano Alleqri heç vaxt Qvardiolaya yaxınlaşmayacaq.

Pepdən başqa, Yulian Naqelsmannı bəyənirəm. Keçən il Tomas Tuxel, italyanlardan isə De Zerbi məni heyran etdi. Mən futbolu sevirəm, ona baxıram, öyrənirəm”.

Qvardiola İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisidir. O, İngiltərə, İspaniya və Almaniya çempionatlarında ardıcıl qazanılan matçların sayına görə rekorda sahibdir. İspan mütəxəssis “Barselona” və “Mançester Siti” tarixində ən çox mükafat alan baş məşqçidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button