“Gələcəklə bağlı qərar artıq verilib” – Modriç

“Real”ın yarımmüdafiəçisi Luka Modriç gələcəyi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki o, artıq gələcəyi haqda qərar verdiyini söyləyib:

“Gələcəklə bağlı qərar artıq verilib. Amma hələlik xəbər verə bilmərəm. Karyeramı “Real”da başa vurmaq istəyirəm, bu, mənim əsas istəyimdir. Bu, mənim arzumdur, özümü burada evimdəki kimi hiss edirəm. “Real” mənim həyatımın klubudur. Mən də klubla Toni Kroos kimi vidalaşmaq istərdim”.

Modriç 2012-ci ilin avqustundan Madrid klubunda çıxış edir. Tərəflər arasında mövcud müqavilə gələn ayın sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button