
Karrik onu “Mançester Yunayted”də saxlamaq istəyir
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik komandanın vingeri Markus Reşfordla bağlı qərarını verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis 28 yaşlı futbolçunun komandada qalmasını istəyir və onun gələcəyi ilə bağlı müsbət mövqe sərgiləyib.
Daha əvvəl Reşfordun son mövsümdə icarədə olduğu “Barselona”nın 30 milyon avroluq satınalma şərtini aktivləşdirmədiyi bildirilmişdi. Buna görə də, Reşford icarə müddəti başa çatdıqdan sonra İngiltərəyə qayıdacaq.
İngiltərəli futbolçunun gələcəyi hələ tam müəyyənləşməsə də, onun “Old Trafford”da qalmaq ehtimalı yüksəkdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



