Reşfordu Marsiala bənzətdi, tənqid etdi

“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu Cimi Karrager “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu tənqid edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Mən və Reşford kimi oyunçular nəsə səhv düşəndə vəziyyəti düzəltməli olurlar. İndi o, mənə Antoni Marsialı xatırladır və bu, yəqin ki, onun haqqında deyilə biləcək ən pis şeydir”.

26 yaşlı futbolçu bu mövsüm komandanın heyətində 18 oyuna çıxıb və cəmi 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button