“Van Dayk Halandla dueldən qalib çıxdı” – Karrager

“Liverpul”un sabiq müdafiəçisi, hazırda futbol eksperti olan Cimi Karrager mersisaydlıların kapitanı Vircil van Daykın İngiltərə Premyer Liqasının 28-ci turunun “Mançester Siti” ilə matçda (1:1) çıxışından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, niderlandlı müdafiəçinin bu görüşdə “Mançester Siti”nin hücumçusu Erlinq Halandı zərərsizləşdirə bildiyini deyib:

“Gözəl oyun oldu. Hələ oyun başlamazdan əvvəl dedim ki, ən yaxşı müdafiəçiləri – məsələn, Toni Adamsı və ya Con Terrini götürək – komandanın görkəmini müəyyən edir. Böyük oyunçular sizi qoruyur və buna görə də Vircil “Mançester Siti”yə qarşı ən yaxşı oyunçu idi. Mən onun çıxışını çox yüksək qiymətləndirirəm, o, böyük oyunçudur. Görün kimə qarşı oynadı, Haland, dünyanın ən yaxşı hücumçusu! Van Dayk bu dueldən qalib çıxdı”.

“Liverpul” bu mövsüm 28 turundan sonra 64 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button