
Karrager bu futbolçunun Salahdan daha yaxşı olduğunu düşünür
“Liverpul” İngiltərə Premyer Liqasının 27-ci turunda səfərdə keçirilən oyunda “Nottingem Forest”i 1:0 hesabıyla məğlub edib. Argentinalı yarımmüdafiəçi Aleksis Makallister oyunun sonlarında yeganə qolu vurub. Sabiq müdafiəçi Ceymi Karrager bu oyunla bağlı danışaraq, “Liverpul”un hücumçularını tənqid edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Bu, Premyer Liqada bu mövsüm gördüyüm ən böyük soyğunçuluqlardan biri idi. Rio Nqumoha əvəzetmədən meydana çıxdı və onun 15 dəqiqə ərzində performansı Məhəmməd Salah və Kadi Qakponun bütün oyun ərzində göstərdiyi çıxışdan daha təsirli oldu. O, oyunu dəyişdirdi. Bu oğlan start heyətində olmalıdır. O, hazırda çox yaxşıdır”.
“Qırmızılar”ın hazırda 45 xalı var və Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədirlər.
Bizi Facebook-da izləyin



