“Neftçi”dən “Kəpəz”ə – rəsmi

“Kəpəz” klubu daha bir futbolçunun keçidini həll edib.

Komanda.az xəbər verir ki, “sarı-göylər” Vüqar Həsənov ilə güclənib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə klubu ötən mövsüm “Neftçi-2″də oynamış müdafiəçi ilə bir illik müqavilə imzalayacaq.

“Kəpəz” daha əvvəl Cavid İmamverdiyev və İbrahim Qədirzadəni transfer etmişdi.

“Kəpəz” yeni mövsümdə Azərbaycan 1-ci divizionunda çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button