“Kəpəz” 2 legionerlə vidalaşdı

“Kəpəz” iki futbolçu ilə yollarını ayırıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi hücumçu Salif Sisse və qapıçı Mario Mustapiçlə yola davam etmək istəməyib.

Gəncə klubunun rəhbərliyi iki futbolçuya da müqavilə müddətini artırmaq üçün təklif etməyib. 

Salif Sisse “Kəpəz”də 13 oyun keçirib 1 qol vurub. Mario Mustapiç isə 9 matçda 12 top buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button