“Kəpəz”in kapitanı: “Səbail”ə keçmədiyimə görə peşman deyiləm”
“Mən “Kəpəz”i sevirəm, bura xoşuma gəlir”.
Bunu Komanda.az-a açıqlamasında Gəncə təmsilçisinin kapitanı Yeqor Xvalko bildirib:
“Siz haqlısız, indiki halda “Kəpəz” elə də güclü komanda deyil. Ancaq mən “Kəpəz”i sevirəm, bura xoşuma gəlir.
Yayda “Səbail”ə keçmədiyimə görə peşman deyiləm. Mövsümün əvvəli bizim üçün çox ağır keçirdi. Tez-tez məğlub olurduq, qol vura bilmirdik. Bunlar faktdır. Ancaq “Kəpəz”in şəraiti xoşuma gəlir. Məşq baxımından yaxşı bazası var. Sintetik örtüklü meydançadansa, təbii örtüklü meydança daha yaxşıdır. Həm sağlamlıq, həm də məşq baxımından “Kəpəz”dəki şərait ürəyimcədir”.
Belaruslu müdafiəçi 2022-ci ilin yayından “Kəpəz”də çıxış edir.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin