Jiru milli karyerasını bitirəcəyi vaxtı açıqladı

“Çelsi”nin fransız hücumçusu Olivye Jiru milli karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı forvard, AÇ-2020-dən sonra Fransa yığmasındakı karyerasını bitirəcəyini bildirib. Bu barədə o, Fransa mətbuatına açıqlamasında deyib.

Fransa AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununda Moldovanı səfərdə 4:1 hesabıyla məğlub edib. Oyuna əsas heyətdə başlayan Jiru, matçın 36-cı dəqiqəsində komandasının 3-cü qoluna imza atıb.

2011-ci ildə Fransa millisində debüt edən Jiru, yığmada keçirdiyi 87 oyunda 33 qol vurub. Jiru Fransa millisi ilə DÇ-2018-in qalibi olub.