AÇ-2020: Kubok Bakının müxtəlif məkanlarında FOTOLAR

İyunun 11-də Romada start götürəcək futbol üzrə Avropa çempionatının əsas mükafatı olan “Anri Delone” kuboku Avropanı səyahətə çıxıb və Budapeştdən sonra ikinci dayanacağı Bakı şəhəridir.

Komanda.az xəbər verir ki, kubok artıq Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Atəşgah Məbədi, Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionunda olub.

Kubok turu bu gün də davam edəcək və bir neçə saat ərzində Bakının mərkəzi küçələrində yerli sakinlərə təqdim olunacaq. Turun əsas məqsədi ictimaiyyəti kubokla tanış etmək və AÇ-2020 həyəcanını Bakı küçələrinə yaymaqdır.

Kuboku turnirin rəsmi maskotu Skillzy və digər personajlar müşayiət edəcək. Kubok turu Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə davam edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button