“İtirəcəyimiz bir şey yoxdu” – Ramil Şeydayev

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Uels yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu 0:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Çətin oyun oldu, komandamızda nələrsə alınmadı. Bəzi epizodlarda qol vura bilmədik. İtirəcəyimiz bir şey yoxdu. Bu oyunu analiz edib, yaxşı nəticə çıxara bilərik. Bu gün bütün futbolçular mübarizə apardılar. Özümün də çox səhvim oldu”.