“Yuventus”da 2 yeni futbolçu

İtaliyanın “Yuventus” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “Frozinone”dən Federiko Qattini, Münhenqladbax “Borussiya”sından isə Denis Zakarianı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Qatti mövsümün sonuna qədər icarə əsasında “Frozinone”də çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button