“Milan”ı “Torino”ya dəyişdi

İtaliyanın “Torino” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”dan Dieqo Laksaltı icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvaylı oyunçu 2019/20 mövsümünü icarə əsasında “Torino”da keçirəcək.

İtaliya mətbuatının xəbərinə görə, “Torino” Laksalt üçün “Milan”a 500 min avro icarə haqqı ödəyib. “Torino” mövsümün sonunda 11,5 milyon avro ödəyərək, 26 yaşlı futbolçunun transfer hüquqlarına sahib ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button