Uruqvay millisinin üzvü “Roma”ya keçir

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Palmeyras”dan Matias Vinyanı heyətinə qatmağa yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

23 yaşlı müdafiəçinin yaxın zamanda “Roma” ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. Paytaxt klubunun idman direktoru Tiaqo Pinto da Vinya ilə razılaşdıqlarını təsdiqləyib.

“Roma” müdafiəçi üçün “Palmeyras”a 13,5 milyon avro ödəyəcək.

Vinya Uruqvay milli komandasının da üzvüdür.