“Napoli” rəsmisi koronavirusdan öldü

İtaliyanın “Napoli” klubunun qadınlardan ibarət komandasının qurucusu Dino Bove vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bove, koronavirus pandemiyası səbəbindən 65 yaşında ölüb.

İtaliyada koronavirus pandemiyasından 10950 nəfər dünyasını dəyişib.