“Napoli”də Qattuzonun taleyi bilindi

İtaliyanın “Napoli” klubu baş məşqçi Cennaro Qattuzonun komandadakı gələcəyiylə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, Neapol təmsilçisi mövsümün sonunda 42 yaşlı mütəxəssislə yollarını ayıracaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Qattuzonun “Napoli” ilə müqaviləsi mövsümün sonuna qədərdir və bir il də artırıla bilər. Ancaq Neapol təmsilçisinin rəhbərliyi italyan mütəxəssisin işindən razı deyil və artıq yeni baş məşqçi axtarışlarına başlayıb.

“Napoli” hazırda A Seriyasında 11-ci pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button