Rəsmi: “Milan”ın yeni idman direktoru bilindi

İtaliyanın “Milan” klubunun yeni idman direktoru məlum olub.

Komanda.az xəbər verir ki, sözügedən vəzifəyə Frederik Massara təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Massara iyulun 1-dən yeni işinin icrasına başlayacaq.

“Milan”da bir müddət əvvəl idman direktoru Leonardo vəzifəsindən ayrılmışdı.