“Milan” “Tottenhem”dən futbolçu alır

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Tottenhem”dən Serj Oryeni transfer etmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Milan”ın 26 yaşlı müdafiəçi üçün London təmsilçisi ilə danışıqlara başladığı bildirilir.

2017-ci ildən “Tottenhem”də çıxış edən Orye, İngiltərə klubundan ayrılmağa müsbət yanaşır. Buna səbəb, Fil Dişi Sahili millisinin üzvünün kifayət qədər şans qazanmamasıdır.