İnzaqi və ailəsi koronavirusa yoluxdu

İtaliyanın “Latsio” komandasının baş məşqçisi Simone İnzaqi koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssisin həyat yoldaşı Qayya Lukaryello “instagram” hesabında paylaşım edib. O, bütün ailə üzvlərinin koronavirus testinin müsbət çıxdığını bildirib. İnzaqi və ailəsinin səhhəti yaxşıdır və onlar təcrid olunublar.

İnzaqi 2016-cı ildən “Latsio”nu çalışdırır. Onun rəhbərlik etdiyi komanda A Seriyasında 6-cı sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button