“İnter” Martineslə razılığa gəldi

İtaliyanın “İnter” klubu futbolçusu Lautaro Martinesin müqaviləsinin müddətini uzadacaq.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu yeni sözləşmə ilə bağlı “neradzurra” ilə razılığa gəlib. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

“İnter” Martinesin müqaviləsinin müddətini bir illik artıracaq. Hücumçunun illik məvacibi isə 2,5 milyondan 4,5 milyon avroya qaldırılacaq.

Martines bu mövsüm “İnter”lə 32 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə edib. Argentinalı futbolçunun indiki müqaviləsi 2023-cü ilin yayına qədərdir.