AÇ-2020: “Azarkeşlər üçün çox darıxmışdıq” – Donnarumma

İtaliya milli komandasının qapıçısı Canluici Donnarumma AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Türkiyəni məğlub etdikləri oyun haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, Donnarumma, turnirə qələbə ilə başlamağın vacib olduğunu deyib:

“Yaxşı başlamağımız vacib idi. Mükəmməl bir oyun keçirdik. Çalışmağa davam etməliyik. Romada əla atmosfer var idi. Azarkeşlər üçün çox darıxmışdıq”.

İtaliya yığması AÇ-2020-nin açılış matçında Türkiyə millisini 3:0 hesabıyla məğlub edib.