
İtaliya mətbuatı “Qarabağ”dan yazdı, “Napoli”yə xəbərdarlıq etdi
İtaliyanın “Il Meridiano Sport” idman nəşri UEFA Çempionlar Liqasında bu gün keçiriləcək “Napoli” – “Qarabağ” matçından əvvəl məqalə yayımlayıb.
Komanda.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Ağdam klubu artıq 2025/2026 mövsümünün Çempionlar Liqasının əvvəlki matçlarında gücünü və xarakterini nümayiş etdirib. Bu baxımdan “Napoli”yə köklənmə, tarazlıq və qərar qəbulunda keyfiyyət lazım olacaq.
Yazıda vurğulanıb ki, 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində debüt edən Azərbaycan çempionu (qrup mərhələsində 2 heç-heçə və 4 məğlubiyyət) cari turnirdə tamamilə fərqli nəticə göstərir. İlk qələbə “Benfika” ilə matçda 3:2 hesabı ilə qazanılıb. Daha sonra “köhlən atlar” “Kopenhagen”i məğlub edib, “Çelsi” ilə hesab 2:2 olub, “Atletik”lə matçda isə məğlubiyyətə uğrayıb.
Nəşr qeyd edir ki, “Qarabağ” matç başına orta hesabla 2 qol göstəricisi ilə 7 xal toplayaraq “Stadio Dieqo Armando Maradona”ya çıxır:
“Qarabağ” Azərbaycan futbolunun ən tanınmış komandasıdır. Klub son illərdə UEFA yarışlarında ardıcıl olaraq təcrübə toplayıb və avrokuboklarda daimi iştirakçıya çevrilib. “Napoli” üçün bu, maksimum diqqət tələb edən matç olacaq, çünki qarşılarında təşkilatlanmış rəqib var”.
Bizi Facebook-da izləyin



