İtaliya kubokunda finalçılar bəlli oldu

Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində bu gün “Napoli” “İnter”i qəbul edib.

Səfərdə minimal hesabla qələbə qazanan Neapol təmsilçisi doğma meydanda qollu heç-heçəyə razılaşıb.

Beləcə, “Napoli” finalda “Yuventus”la qarşılaşmaq hüququ qazanıb. Həlledici görüş iyunun 17-də baş tutacaq.

İtaliya kuboku
Yarımfinalın cavab oyunları

12 iyun

Yuventus – Milan 0:0 (ilk oyun 1:1)

13 iyun

Napoli – İnter 1:1 (ilk oyun 1:0)
Qol: Mertens, 41 – Eriksen, 2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button