İtaliya superkuboku Səudiyyə Ərəbistanı ilə vidalaşır

İtaliya futbolunda superkubokla bağlı mühüm dəyişikliklər gündəmdədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik turnirin Yaxın Şərqdə, xüsusilə də, Səudiyyə Ərəbistanında keçirilməsi ənənəsindən imtina etməyi nəzərdən keçirir. Bundan əlavə, yarışın formatında da yenilik ola bilər. Belə ki, dörd komandanın iştirak etdiyi hazırkı sistemin ləğvi və yenidən ölkə çempionu ilə kubok sahibinin qarşılaşdığı klassik tək oyunlu formata dönüş müzakirə olunur.

Bununla belə, “Latsio” artıq özünü növbəti superkubokun iştirakçısı hesab edə bilər. Çünki “İnter” A Seriyasının çempionu olub. Mayın 13-də keçiriləcək qarşılaşmanın nəticəsindən asılı olmayaraq, superkubok uğrunda mübarizə aparacaq komandalar məhz bu iki klub olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button