“Yuventus” “Real”ın hücumçusu üçün danışıq aparır

“Real”ın hücumçusu Qonsalo Qarsiya karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, “Yuventus” ispaniyalı futbolçunun transferində maraqlıdır. Proses asta irəliləsə də, tərəflər arasında danışıqlar davam edir.

Bu keçid icarə deyil, Madrid klubunun geri alma şərti olan daimi transfer kimi nəzərdən keçirilir.

Qarsiya “Real”ın yetirməsidir və klubla müqaviləsinin müddəti 2030-cu ilin 30 iyununa qədərdir. 22 yaşlı forvard 2025/26 mövsümündə “Real”ın heyətində 39 oyunda meydana çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button