İtaliya klubu Arauxo ilə maraqlanır

“Barselona”nın müdafiəçisi Ronald Arauxonun karyerasını İtaliya A Seriyasında davam etdirmə ehtimalı ortaya çıxıb.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, uruqvaylı futbolçunun xidmətində “İnter” maraqlıdır. Milan klubu onun transferi üçün dünya çempionatından sonra rəsmi təklif göndərməyi planlaşdırır. Hazırda “Barselona”nın bu transferlə bağlı mövqeyi dəqiq deyil.

27 yaşlı Arauxo “Barselona”ya 2018-ci ildə “Boston River” klubundan 4 milyon avro qarşılığında transfer olunub. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 30 iyun 2031-ci ilə qədərdir.

O, 2025/26 mövsümündə bütün turnirlərdə 38 oyuna çıxıb, 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button