
DÇ-2026: Argentina millisinin baş məşqçisi İtaliyaya görə məyus olub
Argentina millisinin baş məşqçisi Lionel Skaloni İtaliya yığmasının DÇ-2026-ya vəsiqə qazana bilməməsi ilə bağlı şərh verib.
İtaliya millisi dünən mundiala vəsiqə uğrunda həlledici pley-off matçında Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında məğlub olub. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Bosniya və Herseqovina millisi daha dəqiq olub – 4:1.
Komanda.az “AlbicelesteTalk”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis bu vəziyyətə təəssüfləndiyini deyib:
“İtaliya ilə bağlı baş verənlərdən məyus oldum. Mənim italyan köklərim var, orada oynamışam və bu, bizi çox sevən Argentina ilə qardaş ölkədir. Argentinalılar İtaliya millisinin dünya çempionatından kənarda qalmasından məmnun deyil”.
İtaliya ardıcıl üçüncü dəfə dünya çempionatını buraxacaq ki, bu da ilk belə haldır. Argentina millisi üçün isə işlər daha sakitdir: hazırkı dünya çempionları Zambiya yığması ilə yoxlama oyunu keçiriblər və 5:0 hesabı ilə qalib gəliblər.
Bizi Facebook-da izləyin



