
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
İtaliya Futbol Federasiyasının yeni prezidenti Milli Olimpiya Komitəsinin sabiq rəhbəri Covanni Malaqo seçilib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Romada keçirilən yeni prezident seçkilərində Malaqo səslərin 68,58%-ni toplayıb və 2007-ci ildən 2014-cü ilədək bu vəzifədə çalışmış Cankarlo Abeteni geridə qoyub.
Bununla yanaşı, qurumun Federal Şurasının yeni tərkibi də ictimaiyyətə təqdim olunub. A Seriyasını təmsil edən şuranın tərkibinə Stefano Kampoçça (“Udineze”), Corco Kyellini (“Yuventus”) və Cüzeppe Marotta (“İnter”) daxil ediliblər.
İtaliya Futbol Federasiyasının əvvəlki prezidenti 2018-2026-cı illərdə bu vəzifəni tutmuş Qabriele Qravina idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



