“Növbəti oyunda belə olmayacaq” – İbrahimoviç

İtaliya A Seriyasının 18-ci turunun “Sampdoriya” ilə oyununda debüt edən “Milan”ın yeni transferi Zlatan İbrahimovic açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan isveçli hücumçu, 0:0 hesabıyla bitən matçı belə şərh edib:

“Qol vurmaq üçün inam əskikliyi yaşayırıq. Komandanın bunu qazanması üçün nə etməli olduğumuzu bilməliyik. Dörd gündür burdayam və hər mənada komandaya kömək etmək üçün çalışacam. Komandada bir az inamsızlıq var. Növbəti oyunda belə olmayacaq.

Oyun zamanı çox adrenalin yaşadım. 9-10 ildir ki, içimdə saxladığım bu hissi yaşayıram. Çalışırıq və müsbət şeylər düşünmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button