İsveçrə mətbuatı “Qarabağ”la “Neftçi”ni səhv saldı FOTO

İsveçrənin “bazonline.ch” saytı bu gün keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) matçının təxmini heyətini açıqlayıb.

Komanda.az xəbər verir ki, isveçrəlilər məlumatda, “Qarabağ”la “Neftçi” klubunu səhv salıblar. Belə ki, saytda Ağdam təmsilçisinin heyətində “Neftçi”nin futbolçuları göstərilib.

Sayt “Qarabağ”ın start heyətində “Neftçi”nin oyunçuları Aqil Məmmədov, Yusuf Laval, Voislav Stankoviç, Mamadu Mbodj, Mərt Çelik, İsmayıl Zülfüqarlı, Mamadu Kane, Emin Mahmudov, Romen Bask, Famil Camalov və Sabir Buqrini göstərib. Bu oyunçular sentyabrın 12-də, “ağ-qaralar”ın “Qarabağ”la oyununun (1:2) start heyətində yer alıblar.

Bu gün keçiriləcək “Qarabağ” – “Bazel” oyunu saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button