AÇ-2020: “Ya evə qayıdacağıq, ya da…”

İsveçrə milli komandasının baş məşqçisi Vladimir Petkoviç AÇ-2020-nin qrup mərhələsinin üçüncü turunda Türkiyə yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Petkoviç, matçla bağlı bunları deyib:

“Bizim üçün final kimi oyun olacaq. Ya evə qayıdacağıq, ya da yolumuza davam edəcəyik. Buna görə də meydanda qələbə qazanmaq üçün hər şeyimizi verəcəyik.

Stadionda 30 minə yaxın türk azarkeşin olacağı gözlənilir. Bu, bizim üçün üstünlük olmaya bilər, lakin bizi daha da motivasiya edə bilər. Əlimizdən gələn hər şeyi edib, bu oyunu qazanmaq istəyirik”.

Bu gün, Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə oyunu saat 20:00-da başlayacaq.