Emeri: “Mançester Yunayted”dən qorxmuruq”

İspaniyanın “Vilyarreal” komandasının baş məşqçisi Unay Emeri Çempionlar Liqasında “Mançester Yunayted”ə (İngiltərə) qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Emeri, “qırmızı şeytanlar”dan qorxmadığını deyib:

“Mançester Yunayted”dən qorxmuruq. Onlara hörmətlə yanaşırıq. Bu, vacib amildir.

Əlbəttə, oyunun favoriti “Mançester Yunayted”dir. Onlarla Avropa Liqasının ötənilki finalında qarşılaşdıq və favorit olsalar da, qələbəni biz qazandıq. İlk matçda da favorit olduqları halda, “Yanq Boyz”a uduzdular. Bu, böyük sürpriz idi. Bu dəfə onlar öz güclərini göstərməyə çalışacaqlar. “Mançester Yunayted” bizimlə oyuna ən yaxşı heyətiylə çıxacaq”.

Bu gün keçiriləcək “Mançester Yunayted” – “Vilyarreal” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button