“Valensiya”nın futbolçusu Mourinyonun “radar”ında

İspaniyanın “Valensiya” klubunun futbolçusu Joffrey Kondoqbia karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə “Tottenhem” yaxından maraqlanır. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb. Xəbərdə, London təmsilçisinin baş məşqçisi Joze Mourinyonun komandanın yarımmüdafiə xəttini gücləndirmək məqsədilə Kondoqbianın heyətə cəlb olunmasını istədiyi bildirilib.

“Valensiya” ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan Kondoqbia, bu mövsüm 24 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button